AZ

FHN bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı olaraq əhaliyə təkrar müraciət edib

Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə təkrar müraciətində qeyd olunub. FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır: “Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Seçilən
1
44
hafta.az

10Mənbələr