“Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.
Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır”.