AZ

Premyer Liqa: Turan Tovuz İmişli ilə, Qarabağ Karvan Yevlax la üz üzə gələcək

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasında XXVI turun daha iki oyunu bu gün keçiriləcək.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək.

Tovuz təmsilçisi 48 xalla üçüncü pillədə qərarlaşıb. "İmişli" 22 xalla doqquzuncudur.

Günün ikinci matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
4
qaynarinfo.az

8Mənbələr