AZ

Bu gün "Qarabağ" "Karvan-Yevlax"la qarşılaşacaq

Bu gün "Qarabağ" "Karvan-Yevlax"la qarşılaşacaq

Misli Premyer Liqasında XXVI turun daha bir oyunu bu gün keçiriləcək.

Günün tək matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar isə 8 xalla sonuncu - 12-ci sırada yer alıb. Bu oyun hər iki komanda üçün turnir cədvəlindəki mövqelərini qorumaq və ya yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün keçirilən oyunlarda "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Seçilən
1
3
afn.az

8Mənbələr