AZ

Gürcüstanın elektrik enerjisinin 5%-i kriptovalyuta istehsalına sərf olunub


Ötən il Gürcüstanda kriptovalyuta istehsalı (mayninq) ilə məşğul olan şirkətlərin elektrik enerjisi istehlakı son bir ildə üç dəfə artaraq 752 milyon kilovat-saata çatıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Enerji Komissiyasından məlumat verilib.
Bildirilir ki, bu göstərici ölkənin ümumi elektrik enerjisi istehlakının təxminən 5%-ni təşkil edir. Artım əsasən kriptovalyutaların bazar qiymətlərində müşahidə olunan yüksəlişlə əlaqələndirilir.
Şirkətlər üzrə istehlak göstəricilərinə gəldikdə, ən böyük pay 450 milyon kilovat-saatla “Eyaitec Solutions”ə məxsusdur. 
İkinci yerdə Kutaisi Azad İqtisadi Zonasında fəaliyyət göstərən “Texprint Corporation” qərarlaşıb. Şirkət ötən ilin yanvar–sentyabr aylarında 147 milyon kilovat-saat elektrik enerjisi istehlak edib.
Üçüncü ən böyük istehlakçı isə 104 milyon kilovat-saatla “TFZ Service”dir. Şirkət birbaşa mayninq fəaliyyəti ilə məşğul olmasa da, sənaye zonasında fəaliyyət göstərən digər kriptovalyuta şirkətlərini elektrik enerjisi ilə təmin edir.
Digər şirkətlərin istehlakı isə belədir: “Itilib” 24,6 milyon kilovat-saat, “Sine Phys” 18,6 milyon kilovat-saat, “DATA Hub” 7,2 milyon kilovat-saat.
2026-cı ilin ilkin göstəricilərinə görə, yanvar–fevral aylarında bu şirkətlərin ümumi elektrik enerjisi istehlakı 86,7 milyon kilovat-saat olub. Bu isə ölkə üzrə ümumi istehlakın təxminən 3%-nə bərabərdir.

Elnur Əli
Seçilən
19
1
yeniavaz.com

2Mənbələr