AZ

Gürcüstanın elektrik enerjisinin 5% i kriptovalyuta istehsalına sərf olunub

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Ötən il Gürcüstanda kriptovalyuta istehsalı (mayninq) ilə məşğul olan şirkətlərin elektrik enerjisi istehlakı son bir ildə üç dəfə artaraq 752 milyon kilovat-saata çatıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Enerji Komissiyasından məlumat verilib.

Bildirilir ki, bu göstərici ölkənin ümumi elektrik enerjisi istehlakının təxminən 5%-ni təşkil edir. Artım əsasən kriptovalyutaların bazar qiymətlərində müşahidə olunan yüksəlişlə əlaqələndirilir.

Şirkətlər üzrə istehlak göstəricilərinə gəldikdə, ən böyük pay 450 milyon kilovat-saatla “Eyaitec Solutions”ə məxsusdur. 

İkinci yerdə Kutaisi Azad İqtisadi Zonasında fəaliyyət göstərən “Texprint Corporation” qərarlaşıb. Şirkət ötən ilin yanvar–sentyabr aylarında 147 milyon kilovat-saat elektrik enerjisi istehlak edib.

Üçüncü ən böyük istehlakçı isə 104 milyon kilovat-saatla “TFZ Service”dir. Şirkət birbaşa mayninq fəaliyyəti ilə məşğul olmasa da, sənaye zonasında fəaliyyət göstərən digər kriptovalyuta şirkətlərini elektrik enerjisi ilə təmin edir.

Digər şirkətlərin istehlakı isə belədir: “Itilib” 24,6 milyon kilovat-saat, “Sine Phys” 18,6 milyon kilovat-saat, “DATA Hub” 7,2 milyon kilovat-saat.

2026-cı ilin ilkin göstəricilərinə görə, yanvar–fevral aylarında bu şirkətlərin ümumi elektrik enerjisi istehlakı 86,7 milyon kilovat-saat olub. Bu isə ölkə üzrə ümumi istehlakın təxminən 3%-nə bərabərdir.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr