AZ

Rəsmi Tehran: İranın ABŞ-la razılaşma üçün vasitəçilərə cavabı hazırlanıb

İranın vasitəçilərə cavabı hazırlanıb, lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək.

Aznews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.

“Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəlik planı ortaya qoyuldu. Həmin vaxt biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün qəbuledilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hazırdakı tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik”, - Bəqayi bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının və İran xalqının ABŞ-la danışıqlarda çox acı təcrübələri olduğunu və bunu asanlıqla nəzərdən qaçıra bilməyəcəklərini bəyan edib.

Seçilən
0
7
aznews.az

9Mənbələr