AZ

ABŞ-da ötən il 657 kütləvi atışma qeydə alınıb

ABŞ-da 2023-cü ildə kütləvi atışmaların sayı əvvəlki illə müqayisədə artaraq 657-yə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Gun Violence Archive" (GVA) adlı internet saytında məlumat verilib.

Məlumata görə, buu rəqəm 2022-ci ildə 646 olub.

Oktyabr ayında Men ştatının Leviston şəhərində 18 nəfərin ölümü və 13 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışma 2023-cü il də daxil olmaqla son illərin ən ölümcül atışmalarından biri kimi qeydə alınıb.

GVA-nın statistikasına görə, 2023-cü ildə silahlı hücumlarda ümumilikdə 42 min 988 nəfər həyatını itirib, 36 min 366 nəfər isə yaralanıb.

Ölkədəki silahlı zorakılıq hadisələrini gündəlik 7 mindən çox mənbədən toplayan GVA-nın məlumatına görə, 2023-cü ildə silahlı hücumlarda öldürülən və yaralanan polis məmurlarının ümumi sayı əvvəlki ilə nisbətən 20 nəfər artaraq 368-ə çatıb.

GVA 2022-ci ildə təxminən 645, 2021-ci ildə isə 690 kütləvi atışma olduğunu qeyd edib.

Şəbnəm Mehdizadə

Seçilən
293
12
e-huquq.az

10Mənbələr