Tailandda göyərtəsində rusiyalı turistlərin olduğu yaxta batıbTailandın Phuket adası yaxınlığında gəmidə gəzinti zamanı göyərtəsində rusiyalı turistlərin olduğu yaxta batıb.Qeyd olunur ki, Mərcan adalarında dayanarkən yaxtanın mühərrik hissəsində boru partlayıb və o batmağa başlayıb.“Gəmidə doqquz nəfər olub: altı Rusiya vətəndaşı və üç Tailand vətəndaşı (kapitan və ekipaj üzvləri)”, - deyə məlumatda bildirilib.Sərnişinlər və ekipaj üzvləri “Panwa Princess” gəmisinin heyəti tərəfindən xilas edilib. Turistlər hotelə aparılıblar, onlardan heç biri xəsarət almayıb.Tailandın polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta