AZ

SEPAH ABŞ müttəfiqlərinin neft-qaz infrastrukturunu hədəf alacağını bəyan edib

SEPAH təmkinlə davranmaq dövrünün bitdiyi ilə bağlı ABŞ və tərəfdaşlarına xəbərdarlıq edib.


“Fars” agentliyinin xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayıb.

“Biz ABŞ və onun tərəfdaşlarının infrastrukturuna elə zərbə vuracağıq ki, ABŞ və müttəfiqləri illərlə regionun neft və qazından məhrum qalacaqlar”,- bəyanatda bildirilib.


Əlavə edilib ki, İran indiyə qədər qonşuluq prinsiplərinə sadiq qalaraq hədəfləri seçərkən müəyyən məhdudiyyətlərə əməl edib.


“Lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qalxmış sayılır”,- bəyanatda vurğulanıb.

Seçilən
14
5
apa.az

10Mənbələr