SEPAH ABŞ və onun regiondakı müttəfiqlərinə xəbərdarlıq edib.
“Fars”ın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
SEPAH daha təmkin göstərməyəcəklərini bəyan edib: "Biz ABŞ və onun tərəfdaşlarının infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar”, - bəyanatda bildirilib.
Əlavə edilib ki, İran indiyə qədər qonşuluq prinsiplərinə sadiq qalaraq hədəfləri seçərkən müəyyən məhdudiyyətlərə əməl edib.
“Lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qalxmış sayılır”,- bəyanatda vurğulanıb.