AZ

İstanbuldakı İsrail konsulluğuna hücuma Ərdoğandan REAKSİYA - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.

Bizim.Media GDH nəşrinə istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində deyib.

O qeyd edib ki, terrorun hər növü ilə Türkiyə mübarizəni qətiyyətlə davam etdirəcək:

"Təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".

Qeyd edək ki, İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı xəsarət alıb.

Bizim.Media

Seçilən
1
6
bizim.media

10Mənbələr