Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Ankarada ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində danışıb.
Ərdoğan bildirib ki, Türkiyə terrorun hər növü ilə mübarizəni qətiyyətlə davam etdirəcək: "Biz təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".
Qeyd edək ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Silahlı insident zamanı 2 polis əməkdaşı da xəsarət alıb.