Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 26-cı turunda "Liv Bona Dea Arena"da "Sabah"a 2:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "qırmızı-ağlar"ın məşqçisi Vadar Nuriyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Matça da yaxşı başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. "Sabah" elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. "Sabah"ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik.
- Hakimin rəqibə simpatiyası hiss olunurdu? Nəticəyə təsir edən səhvləri oldu?
- Əlbəttə. Nuno Rodriqesi vurmuşdular, baxmadılar. Baş hakim "Sabah"ın 3-cü qolu zamanı VAR-a baxmadı. Əgər qərar verirsənsə, VAR-a baxmalısan. Bu qərarlar da bizim oyunumuza təsir etdi.
Mirbağırağa
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.