AZ

"İkinci qol zamanı qayda pozuntusu var idi" - "Araz-Naxçıvan"ın məşqçisi

"Araz-Naxçıvan" Misli premyer-liqasının 26-cı turunda "Sabah"a uduzdu - 2:4.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın məşqçisi Vadar Nuriyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Matça da yaxşı başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. "Sabah" elə komandadı ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azı 1 xal götürmək istəyirdik. Alınmadı. "Sabah"ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik.

- Hakimin rəqibə simpatiyası hiss olunurdu? Nəticəyə təsir edən səhvləri oldu?
- Əlbəttə. Nuno Rodriqesi vurmuşdular, baxmadılar. Baş hakim "Sabah"ın 3-cü qolu zamanı VAR-a baxmadı. Qərar verirsənsə, VAR-a baxmalısan. Bu qərarlar da bizim oyunumuza təsir etdi.

Seçilən
10
6
football-plus.az

7Mənbələr