Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-a M.Mütəllimlinin qohumları məlumat veriblər.
Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
Mərhum sabah Xəzər rayonunun Binəqədi rayon qəbiristanlığında dəfn ediləcək.
Bizim.Media