AZ

Mətləb Mütəllimli dünyasını dəyişdi

 

Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini, keçmiş deputat Mətləb Mütəllimli vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Sabiq millət vəkili uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Binəqədi kənd məzarlığında dəfn ediləcək.

Xatırladaq ki, Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Seçilən
0
19
unikal.az

10Mənbələr