AZ

TƏCİLİ! Pentaqon döyüş hazırlığında: Bu gecə İran ƏN ŞİDDƏTLİ zərbəni alacaq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Prezident Donald Trampın İranla bağlı təhdidlərini reallaşdırmaq qərarı verəcəyi təqdirdə bütün hərbi planlarını tamamlayıb və qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib.

NOCOMMENT.az xəbər verir ki, yüksək rütbəli amerikalı rəsmi “Al Jazeera” telekanalına müsahibəsində ABŞ ordusunun bu gecə istənilən əmrə hazır olduğunu bildirib. Məlumata görə, Pentaqonun hazırladığı planlar məhdud nöqtə zərbələrindən tutmuş İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qədər müxtəlif ssenariləri əhatə edir. Lakin Trampın müəyyən etdiyi hədəflər siyahısına İranın nüvə obyektlərinin daxil olub-olmaması barədə məlumat verilmir.

Qeyd olunur ki, hərbi planlar hazırlanarkən mülki əhali arasında itkilərin minimuma endirilməsi əsas götürülüb. Pentaqon həmçinin mümkün zərbələrin beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməməsi üçün xüsusi hüquqi ekspertiza da həyata keçirib. Dünyanın diqqəti bu gecə Vaşinqtondan gələcək son qərara yönəlib.

Sara,
NOCOMMENT.az

Seçilən
18
6
nocomment.az

7Mənbələr