AZ

TƏCİLİ: Pentaqon döyüş hazırlığına keçdi KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ ordusu Donald Trampın “yaşıl işıq” yandırmasını gözləyir. Bütün ssenarilər masadadır.

KONKRET.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Prezident Donald Trampın İranla bağlı təhdidlərini reallaşdırmaq qərarı verəcəyi təqdirdə bütün hərbi planlarını tamamlayıb və qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib.

Yüksək rütbəli amerikalı rəsmi “Al Jazeera” telekanalına müsahibəsində ABŞ ordusunun bu gecə istənilən əmrə hazır olduğunu bildirib:

“Pentaqonun hazırladığı planlar məhdud nöqtə zərbələrindən tutmuş İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qədər müxtəlif ssenariləri əhatə edir. Lakin hədəflər arasında nüvə obyektlərinin olub-olmaması barədə məlumat açıqlanmır.”

Qeyd olunur ki, hərbi planlar hazırlanarkən mülki əhali arasında itkilərin minimuma endirilməsi əsas götürülüb. Pentaqon həmçinin mümkün zərbələrin beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməməsi üçün xüsusi hüquqi ekspertiza da həyata keçirib. Dünyanın diqqəti bu gecə Vaşinqtondan gələcək son qərara yönəlib.\\Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
6
konkret.az

7Mənbələr