ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 8 aprel, AZƏRTAC
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampı İranla razılaşmanın əldə olunması üçün müəyyən edilmiş müddətin iki həftə uzadılmasına çağırıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib: “Diplomatik səylərin davam etdirilməsini təmin etmək üçün Trampı bu müddəti iki həftə uzatmağa çağırıram”.
Ş.Şərif, həmçinin İranı xoşməramlılıq addımı olaraq Hörmüz boğazını müəyyən müddət ərzində açıq saxlamağa dəvət edib: “Pakistan iranlı qardaşlarından xoş niyyət əlaməti kimi Hörmüz boğazını müvafiq müddətə açıq saxlamalarını səmimi qəlbdən xahiş edir”.
Bununla yanaşı, Pakistanın Baş naziri münaqişə tərəflərini növbəti iki həftə ərzində atəşkəs rejiminə riayət etməyə çağırıb.
O vurğulayıb ki, bu istiqamətdə aparılan diplomatik səylər “davamlı, qətiyyətli və əhəmiyyətli dərəcədə irəliləyir” və yaxın gələcəkdə mühüm nəticələr verə bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.