AZ

"Ayntraxt" Mahmudla müqaviləni uzatmayacaq

Almaniyanın "Ayntraxt" klubu yarımmüdafiəçi Mahmud Dahud ilə yollarını ayırmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Məlumata görə, 30 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq və tərəflər yeni anlaşma imzalamayacaq.

Qeyd edək ki, Mahmud 2024-cü ilin yayında "Brighton & Hove Albion" klubundan Frankfurt təmsilçisinə transfer olunmuşdu. O, cari mövsümdə bütün turnirlərdə 17 oyunda forma geyinib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hüseyn
Milli.Az

Seçilən
29
50
milli.az

10Mənbələr