AZ

Qalibaf: Bu şərtlərdə atəşkəs məntiqsizdir

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran tərəfindən atəşkəs razılaşmasının pozulacağına dair ilk ciddi siqnal gəlib. Məclis sədri Qalibaf ABŞ-nin 10 maddəlik təklif paketinin 3 mühüm bəndini pozduğunu iddia edərək, diplomatik prosesin zədələndiyini bildirib.

Milli.Az xəbər verir ki, Qalibafın sözlərinə görə, atəşkəs hələ tam başlamadan aşağıdakı maddələr pozulub:

Razılaşmanın birinci maddəsi olan "hər yerdə dərhal atəşkəs" şərtinə baxmayaraq, Livanın hədəf alınmağa davam etməsi.

İranın Fars əyalətinin Lar şəhəri üzərində ABŞ-a məxsus müdaxiləçi bir pilotsuz uçuş aparatının (PUA) məhv edilməsi (İran hava məkanının pozulması).

Razılaşmanın altıncı maddəsində nəzərdə tutulan İranın uranı zənginləşdirmə hüququnun ABŞ tərəfindən rədd edilməsi.

"Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqların aparılması məntiqsizdir. Bu şərtlərdə atəşkəs ağlabatan deyil." - Məhəmməd Baqir Qalibaf

İranın Xarici İşlər naziri Abbas Erakçi də İsrailin Livana hücumlarının ABŞ ilə əldə olunmuş razılaşmanı pozduğunu vurğulayıb. O, dünyanın ABŞ-nin öz öhdəliklərinə sadiq qalıb-qalmayacağını izlədiyini bildirib.

Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
news.milli.az

10Mənbələr