ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı “Modenis” MMC-nin (eManat brendi) və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 04.06.2025 – 18.07.2025-ci il tarixlərində “Modenis” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Modenis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İş elanları AzVak.az-da
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.