AZ

Naxçıvanın enerji sistemi beynəlxalq standartlara uyğunlaşdırılır

Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, “AzərEnerji” Naxçıvan Muxtar Respublikasında enerji infrastrukturunu köklü şəkildə yeniləyir, rəqəmsal və intellektual idarəetməyə əsaslanan müasir enerji sistemi qurur.

Layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154 kilovoltluq “Babək” və kilovoltluq “Çeşməbasar” yarımstansiyaları tam yenidən tikilir və işlər yekun mərhələyə çatıb. Xüsusilə, “Naxçıvan” yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu da təhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Eyni zamanda, enerji sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır və ötürücü şəbəkə mərhələli şəkildə yenilənir.

Naxçıvanın ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində də işlər sürətlə davam edir. Bu çərçivədə Cəbrayıldan başlayaraq, ikidövrəli olmaqla 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Bununla da Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi ən yüksək səviyyəyə çatdırılacaq.

Seçilən
1
13
vergiler.az

10Mənbələr