AZ

İranın ABŞ-yə təqdim etdiyi 10 maddəlik sülh planınınTƏFƏRRÜATLARI

İran ABŞ-nin 10 maddəlik atəşkəs planının təfərrüatlarını açıqlayıb

Redaktor.az xəbər verir ki, İran "Fars" xəbər agentliyinə istinadən ABŞ tərəfindən təqdim edilmiş planın əsas müddəalarını dərc edib.

Plana əsas məqamlar aşağıdakılardır:

  1. İrana qarşı bütün təcavüzlərin tam dayandırılması
  2. ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması və İrana qarşı hücumların qadağan edilməsi
  3. Hörmüz boğazından gəmilərin gündəlik keçidinin iki həftə müddətinə İran ordusu ilə koordinasiyada məhdudlaşdırılması
  4. Bütün əsas sanksiyaların ləğvi
  5. İkinci dərəcəli sanksiyaların ləğvi
  6. BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi
  7. İnvestisiya və maliyyə fondu yaradılaraq İrana dəyən zərərin ödənilməsi
  8. İranın uranı zənginləşdirmək hüququnun tanınması
  9. İranın region ölkələri ilə ikitərəfli və çoxtərəfli sülh müqavilələri bağlamasına imkan yaradılması
  10. Bütün öhdəliklərin BMT rəsmi qətnaməsi ilə təsdiqlənməsi

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp danışıqlara hazır olduğunu və İrana hücumların iki həftəlik dayandırıldığını açıqlamışdı.

Bundan əlavə, İran və İsrail zərbələri dayandırmaq barədə razılığa gəliblər.

Pakistanın Baş naziri Şahbaz Şərif isə ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da İslamabada danışıqlar üçün dəvət edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr