AZ

Taleh Qaraşov səyyar qəbul keçirdi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aprelin 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər. 

"Unikal" xəbər verir ki, Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə görüş iştirakçılarını məlumatlandırıb və yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlərin həllini tapdığını, digər məsələlər barədə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlandığını və vətəndaşlara bununla bağlı qanunamüvafiq izahatlar verildiyini bildirib. 

İcra başçısı dağ kəndlərinin problemlərinin həlli üçün ölkə rəhbərliyin tapşırıqlarına uyğun olaraq davamlı addımların atıldığını qeyd edib. Onun sözlərinə görə, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial-infrastrukturun daha da təkminləşdirilməsi, kənd təsərrüfatının yerlərdə inkişafı daim dövlətin diqqət mərkəzindədir. 

Siyablı, Şovu və Təngivan kəndlərinin sakinləri səmimi atmosferdə keçən görüş-qəbuldan razı qalıblar. Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ölkədəki sosial-iqtisadi inkişafı gündəlik həyatlarında hiss etdiklərinə, habelə dağ kəndlərinin qazlaşdırılması istiqamətində görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
unikal.az

10Mənbələr