AZ

Sumqayıtda dəm qazından zəhərlənən iki uşaq ailədən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır:

“Dövlət Komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti qiymətləndiriblər. Zərərçəkmiş uşaqlardan iksi dövlət müəssisəsinə yerləşdirilib və onların sağlamlıq vəziyyəti mütəmadi olaraq ekspertiza edilir”.

Şöbə müdiri deyib ki, hüquq-mühafizə orqanları uşaqların dəm qazından zəhərlənməsi faktı üzrə cinayət işi açıb, araşdırmalar aparılır:

Seçilən
1
4
publika.az

10Mənbələr