AZ

Dərnəgül dayanacağının tikintisi yekunlaşmaq üzrədir

BAKI, 9 aprel. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dərnəgül dayanacağının tikintisi yekunlaşmaq üzrədir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən yeni dayanacaq yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək. Layihə çərçivəsində dayanacaqda turniket binaları, yerüstü piyada keçidi və 4 platforma inşa edilib.

Qeyd olunur ki, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə şəhərdaxili mobillik imkanları genişlənəcək. Bununla yanaşı, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha əlçatan olacaq.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr