AZ

Dərnəgül dayanacağının tikintisi yekunlaşmaq üzrədir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dərnəgül dayanacağının tikintisi yekunlaşmaq üzrədir.

Qurumdan Publika.az-a verilən məlumata görə, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən yeni dayanacaq yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək. Layihə çərçivəsində dayanacaqda turniket binaları, yerüstü piyada keçidi və 4 platforma inşa edilib.

Qeyd olunur ki, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə şəhərdaxili mobillik imkanları genişlənəcək. Bununla yanaşı, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha əlçatan olacaq.

Seçilən
7
2
publika.az

3Mənbələr