AZ

“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb

Xalq Sığorta 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət ötən ili 6 milyon 5 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü ildə qeydə alınmış 4 milyon 791 min manat mənfəətlə müqayisədə daha yüksəkdir.

Maliyyə hesabatına əsasən, 2025-ci ildə şirkətin ümumi gəlirləri 30 milyon 885 min manat təşkil edib ki, bu da illik müqayisədə 7,1 % artım deməkdir. Hesabat dövründə xərclər 25 milyon 90 min manat olub və əvvəlki ilə nisbətən 0,9 % artıb.

Şirkət il ərzində 1 milyon 615 min manat fövqəladə gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 51,9 % çoxdur. Eyni zamanda fövqəladə xərclər 909 min manat təşkil edib və bu göstərici 3,9 dəfə artım göstərib. 2025-ci ildə şirkət 497 min manat mənfəət vergisi ödəyib, halbuki əvvəlki ildə mənfəət vergisi ödənişi olmayıb.

2026-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, şirkətin aktivləri 93 milyon 484 min manata çatıb ki, bu da 5 % artım deməkdir. Bu dövrdə öhdəliklər 29 milyon 631 min manata enərək 0,5 % azalıb, balans kapitalı isə 63 milyon 854 min manata yüksələrək 7,8 % artıb.

Qeyd edək ki, Xalq Sığorta 2004-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 58 milyon 750 min manatdır. Səhmlərin 50 %-i “İdeal Business Co.” MMC-yə, digər 50 %-i isə “Euro Standard” MMC-yə məxsusdur. “Euro Standard” MMC isə Xalq Bank ASC-nin 33,85 %-lik səhmdarıdır.

İş elanları AzVak.az-da

Xalq Sığorta maliyyə nəticələri xalis mənfəət ümumi gəlirlər sığorta şirkəti maliyyə hesabatı mənfəət vergisi fövqəladə gəlirlər fövqəladə xərclər aktivlər öhdəliklər balans kapitalı nizamnamə kapitalı sığorta bazarı İdeal Business Co. Euro Standard Xalq Bank səhmdar strukturu maliyyə göstəriciləri
Seçilən
14
1
marja.az

2Mənbələr