AZ

Bakıda pediatrlar bir araya gəliblər

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin TƏBİB və Pediatriya Mərkəzinin dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi uşaqların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Ölkəmizin müxtəlif bölgələrindən və qardaş Türkiyədən gəlmiş pediatrlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konqresin birinci günü simpozium və praktik məşğələlərlə başlayıb, ikinci gün isə dövlət rəsmilərinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Konqresdə müxtəlif mövzular üzrə elmi məruzələr dinlənilir, panel müzakirələr keçirilir və pediatriyanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
azertag.az

2Mənbələr