Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 10 aprel, AZƏRTAC
Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Pediatriya Mərkəzinin dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi uşaqların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Ölkəmizin müxtəlif bölgələrindən və qardaş Türkiyədən gəlmiş pediatrlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konqresin birinci günü simpozium və praktik məşğələlərlə başlayıb, ikinci gün isə dövlət rəsmilərinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
Konqresdə müxtəlif mövzular üzrə elmi məruzələr dinlənilir, panel müzakirələr keçirilir və pediatriyanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.








Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.