AZ

“Yuventus” Alissonla anlaşdı

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qolkiper “Yuventus”a keçidə razılıq verib və tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Turin klubu hazırkı qapıçı Miçel Di Qreqorio ilə yolları ayıraraq, onun yerinə braziliyalını transfer etmək istəyir.

Bu mövsüm Alisson “Liverpul”da 34 oyunda iştirak edib, 36 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
23
11
idmanxeber.az

10Mənbələr