“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” braziliyalı qolkiperlə maraqlanır və onu yay transfer dövrü üçün əsas hədəflərdən biri kimi görür.
33 yaşlı qapıçı 2018-ci ildən “Liverpul”da çıxış edir. Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Cari mövsümdə Premyer Liqada 25 oyunda 30 qol buraxıb.