AZ

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

Kiyev, 10 aprel, AZƏRTAC

Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarını yanacaqla təmin edən Xəzər dənizindəki Rusiyanın iki qazma platformasına zərbə endirib.

Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.

Hərbçilər bildirirlər ki, aprelin 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər şelfində yerləşən obyektlərə hücum edib.

Əməliyyatın Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması strategiyası çərçivəsində həyata keçirildiyi qeyd olunur.

İlkin məlumata görə, zərbə V.Qrayfer adına və Y.Korçagin adına yataqlarda yerləşən buzadavamlı stasionar platformalara endirilib.

Bu obyektlər Xəzər dənizinin şimalında, cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşir. Platformalar Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin olunmasında mühüm həlqə hesab olunur.

Hərbi komandanlıqdan bildirilib ki, bu cür zərbələr bundan sonra da davam etdiriləcək.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
30
6
azertag.az

8Mənbələr