AZ

Ukrayna Xəzərdə Rusiyanın qazma platformalarını vurdu...



Ukrayna Müdafiə Qüvvələri aprelin 10-na keçən gecə Rusiya qoşunlarını yanacaqla təmin edən Xəzər dənizindəki Rusiyanın iki qazma platformasına zərbə endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında əməliyyatın Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması strategiyası çərçivəsində həyata keçirildiyi qeyd olunur.

İlkin məlumata görə, zərbə V.Qrayfer adına və Y.Korçagin adına yataqlarda yerləşən buzadavamlı stasionar platformalara endirilib.

Bu obyektlər Xəzər dənizinin şimalında, cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşir. Platformalar Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin olunmasında mühüm həlqə hesab olunur.

Hərbi komandanlıqdan bildirilib ki, bu cür zərbələr bundan sonra da davam etdiriləcək.

ZÜMRÜD

Seçilən
9
6
baki-xeber.com

8Mənbələr