AZ

"Pantsir"ləri sursatsız qaldı: Ukrayna Rusiyanı öz silahı ilə VURUR

Ukrayna əsas tip PUA-ların inkişafında böyük irəliləyişə nail olub və son həftələrdə "dron müharibəsi"ndə üstünlüyü yenidən öz tərəfinə çəkib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müxalif "Mojem obyasnit" layihəsi həm OSINT analitiklərin hesablamalarına, həm də rusiyalı "Z-blogerlərin" şikayətlərinə istinadən məlumat yayıb.

Rusiya tərəfi etiraf edir ki, ilin əvvəlindən bəri Ukrayna Silahlı Qüvvələri həm cəbhə xəttində, həm də Rusiyanın dərin arxa cəbhəsinə zərbələr endirmək üçün pilotsuz uçuş aparatlarının tətbiqini kəskin şəkildə artırıb.

Yeni texniki həllər sayəsində dronların uçuş məsafəsi artıb və effektivliyi yüksəlib. Rusiyalı bloger Maksim Kalaşnikov qeyd edir ki, əgər 2025-ci ilin yayında bir rus hərbçisinə 4-6 dron hücum edirdisə, hazırda bu rəqəm 10-12-yə çatıb.

"İtkilərimiz həddindən artıq çoxdur, bölüklərimiz günəş altında əriyən qar kimi yox olur", - deyə o şikayətlənib.

Məlumata görə, bəzi istiqamətlərdə Ukraynanın PUA sayında dördqat üstünlüyü var. Hərbi təbliğatçı Yuri Kotenok bildirib ki, Ukrayna ordusu "kiçik səmanı" yenidən ələ keçirib və cəbhədən 40-50 km dərinlikdə istənilən hədəfi vura bilir. Yeni nəsil Ukrayna dronları hava şəraitindən daha az asılıdır, radioelektron mübarizə (REB) vasitələrinə qarşı dözümlüdür və süni intellekt elementləri ilə təchiz olunub.

Xüsusi qeyd olunur ki, mart ayında Ukrayna ilk dəfə olaraq Rusiyaya qarşı "Şahid"lərdən daha çox uzaqmənzilli dron buraxıb.

Bu, Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemində yaranan böhran fonunda baş verir. Ruslar xüsusilə dronlarla mübarizə üçün nəzərdə tutulan "Pantsir" kompleksləri üçün raket qıtlığından şikayət edirlər.

"Maşınlar tez-tez boş sursat dəsti ilə dayanır. Hədəfi görürlər, amma vurmağa heç nə yoxdur", - deyə rusiyalı müxbir Vladimir Romanov bildirib.

Eyni zamanda, Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi qısamüddətli atəşkəs təklifi Ukrayna tərəfindən skeptisizmlə qarşılanıb.

Rəsmi Kiyev ötən illərdəki bənzər vədlərin Rusiya tərəfindən dəfələrlə pozulduğunu xatırladıb. Qara dənizdə də Rusiyanın problemləri sistemli xarakter alır. Ukrayna dəniz dronlarının kütləvi tətbiqi ilə Rusiya donanmasının hərəkət imkanlarını məhdudlaşdıraraq balansın öz xeyrinə dəyişməsinə nail olub.

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr