AZ

Mahir Berlindəki Olimpiya stadionunda meydana çıxacaq?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 29-cu tur oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, komanda "Herta" ilə qarşılaşcaq.

Berlindəki Olimpiya stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Hazırda turnir cədvəlində "Herta" 47 xalla 6-cı, "Kayzerslautern" isə 43 xalla 7-cidir.

Mahir ötən ilin yayından "Kayzerslautern"in formasını geyinir.

Seçilən
6
1
sportinfo.az

10Mənbələr