AZ

Mahir Olimpiya stadionunda meydana çıxmadı, “Herta”nı uddular

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya II Bundesliqasında 29-cu tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Herta"nın qonağı olub.

Berlindəki Olimpiya stadionunda keçirilən matç qonaqların minimal qələbəsi ilə yekunlaşıb.

Mahir Emreli matçı ehtiyat oyunçular skamyasından izləyib.

Hazırda turnir cədvəlində "Herta" 47 xalla 6-cı, "Kayzerslautern" isə 46 xalla 7-cidir.

Mahir ötən ilin yayından "Kayzerslautern"in formasını geyinir.

"Herta" - "Kayzerslautern" 0:1

Qol: M.Berişa, 47

Seçilən
2
1
sportinfo.az

10Mənbələr