Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" xal itkisi ilə üzləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfərdə "Şamaxı"nın qonağı olan Ağdam təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib - 0:0.
"Qarabağ" (56 xal) lider "Sabah"ın (65 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Şamaxı" isə 32 xalla yeddincidir.
Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.