AZ

"Qarabağ" xal itirdi

Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" xal itkisi ilə üzləşib. Metbuat.az xəbər verir ki, səfərdə "Şamaxı"nın qonağı olan Ağdam təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib - 0:0."Qarabağ" (56 xal) lider "Sabah"ın (65 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Şamaxı" isə 32 xalla yeddincidir.

Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.

Seçilən
0
8
metbuat.az

9Mənbələr