Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.
Bu barədə "Far.Az" İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir.
"İran və ABŞ-nin nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar", - məlumatda deyilir.
Daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.
IRIB qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün "son şans"dır.
ABŞ, İran və Pakistan nümayəndə heyətlərinin danışıqları bu axşam İslamabadda davam edib.
"Far.Az"un məlumatına görə, bu barədə "Fox News" telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər yayıb.
Qeyd olunub ki, təmaslar dar tərkibdə davam edib.
Daha əvvəl IRIB məlumatlı mənbəyə istinadən ABŞ nümayəndə heyətinin İslamabaddakı danışıqlar zamanı həddən artıq tələblər irəli sürdüyünü bildirmişdi.
İran və ABŞ nümayəndə heyətləri ekspertlər səviyyəsində danışıqlar mərhələsini başa çatdırıblar.
"Far.Az" xəbər verir ki, bu barədə "Farhikhtegan" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda tərəflər müzakirə olunan məsələlərin yekunlarına dair yazılı protokollar mübadiləsi aparırlar.
Daha əvvəl CNN pakistanlı mənbəyə istinadən xəbər vermişdi ki, İslamabaddakı danışıqların gecə saatlarına qədər və ehtimal ki, bazar gününədək davam edəcəyi gözlənilir.
İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda keçirilən danışıqlar daha bir gün uzadıla bilər.
"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin müxbiri danışıqların keçirildiyi yerdən məlumat yayıb.
Dəqiqləşdirilib ki, bu məsələ üzrə yekun qərar hələ qəbul edilməyib.
"Ümumi məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar texniki detalların müzakirəsi ilə davam edib. Danışıqların bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələr üçün onların daha bir gün uzadılması ehtimalı var", - məlumatda qeyd olunub.
"Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşner İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi vəPakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar aparırlar.