AZ

Macarıstanda parlament seçkiləri keçirilir

Bazar günü yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 08:00-da) Macarıstanda nəticələri hökumətin yeni tərkibini müəyyən edəcək ölkənin birpalatalı parlamentinə – Dövlət Məclisinə seçkilərdə səsvermə başlayıb.

Seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq.

Seçkilərdə 199 mandat uğrunda mübarizə gedir: onların 93-ü partiya siyahıları üzrə, qalan 106-sı isə birmandatlı seçki dairələrində bölüşdürüləcək. Əsas rəqiblər FİDES (“Macarıstan Vətəndaş Birliyi”) Partiyası və onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyasının (XDXP) hakim koalisiyası ilə müxalif “Tisa” Partiyasıdır. FİDES-in lideri hazırkı baş nazir Viktor Orbandır, “Tisa”ya isə keçmiş hökumət rəsmisi və avrodeputat Peter Madyar rəhbərlik edir.

Seçilən
19
19
azpost.info

10Mənbələr