AZ

Macarıstanda parlement seçkiləri keçirilir, seçici fəallığı 50 faizi keçib 

Macarıstanda parlament seçkilərində seçici fəallığı artıq 54%-i keçib...

APA xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb.

Yerli vaxtla saat 13:00-a olan məlumata görə, seçici fəallığı rekord səviyyədə – 54,14% təşkil edib və bu göstərici əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.

Demək olar ki, bütün regionlarda fəallıq yüksək olub və iki şimal-şərq bölgəsi istisna olmaqla, hər yerdə seçici fəallığı 50%-i keçib. Ən yüksək göstəricilər Budapeşt və ona bitişik Peşt vilayətində qeydə alınıb.

Seçki məntəqələri isə saat 19:00-dək açıq olacaq.

Xatırladaq ki, 2022-ci ildə keçirilən əvvəlki parlament seçkilərində yekun seçici fəallığı təxminən 70% olub. Mövcud mürəkkəb siyasi şərait fonunda bu dəfə iştirak səviyyəsinin daha da yüksək olacağı gözlənilir. Hökumətlə müxalifət arasında fikir ayrılıqları, xüsusilə Ukrayna münaqişəsi, Avropa İttifaqı ilə münasibətlər və Rusiya ilə əməkdaşlıq məsələlərində kəskindir.

Poliqon.info

Seçilən
12
2
poliqon.info

10Mənbələr