Bəs, tovuzlu azarkeşlər komandanı necə qarşılayacaq? Hansısa tədbirlərin keçirilməsi nəzərdə tutulubmu? Axı zarafat deyil, komanda gərgin mübarizə şəraitinin hökm sürməsinə rəğmən, evə 3-cü pillədə qayıdır.
“Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev “Football-plus.az”ın sualını cavabladı:
“Çox xoşbəxtik. Sevincimizin həddi-hüdudu yoxdu. Əlbəttə, sevimli komandamızı layiqincə qarşılayacağıq. Daim “Turan Tovuz”un yanındayıq. Biz bu komandanı qələbəyə görə sevməmişik ki, xal itkilərinə görə silək. Tovuz camiəsi komandanı tək qoymayacaq. Allah Ehtiram Quliyevi var eləsin. Onun sayəsində bu mövsüm bayram-əhval ruhiyyəsindəyik. İnşallah, “Sumqayıt”la oyunda qələbə qazanacağıq”.
Xatırladaq ki, “Turan Tovuz” – “Sumqayıt” oyunu aprelin 12-si, saat 18.00-da başlayacaq.
KƏNAN BAHADIR