Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Turan Tovuz”un doğma meydan həsrəti bazar günü, nəhayət, başa çatacaq. “Bozqurd” Misli premyer-liqqasının 27-ci turunda “Sumqayıt”ı Tovuz şəhər stadionunda qəbul edəcək. Bu o deməkdi ki, idman qurğusunun ot örtüyü ilə bağlı problemlər geridə qaldı.Bəs, tovuzlu azarkeşlər komandanı necə qarşılayacaq? Hansısa tədbirlərin keçirilməsi nəzərdə tutulubmu? Axı zarafat deyil, komanda gərgin mübarizə şəraitinin hökm sürməsinə rəğmən, evə 3-cü pillədə qayıdır.“Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev “Football-plus.az”ın sualını cavabladı:
“Çox xoşbəxtik. Sevincimizin həddi-hüdudu yoxdu. Əlbəttə, sevimli komandamızı layiqincə qarşılayacağıq. Daim “Turan Tovuz”un yanındayıq. Biz bu komandanı qələbəyə görə sevməmişik ki, xal itkilərinə görə silək. Tovuz camiəsi komandanı tək qoymayacaq. Allah Ehtiram Quliyevi var eləsin. Onun sayəsində bu mövsüm bayram-əhval ruhiyyəsindəyik. İnşallah, “Sumqayıt”la oyunda qələbə qazanacağıq”.
Xatırladaq ki, “Turan Tovuz” – “Sumqayıt” oyunu aprelin 12-si, saat 18.00-da başlayacaq.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.