"PAŞA Bank" İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına bu gün saat 11:00-dan etibarən start verəcək. Bununla da səhmlər artıq hər kəs üçün açıq olacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PAŞA Bank"ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bu gün təmsilçisi olduğu bankın səhmlərinin satışının başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək:
"Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış | səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir".
M. Suleymanov qeyd edib ki, investorlar "PAŞA Bank", "Birbank Invest", həmçinin əsas anderrayter "PAŞA Kapital", "ABB Invest", "Unicapital" və "Leobank" platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər:
"Fiziki olaraq isə proses "PAŞA Bank", "Kapital Bank" və "Uniban"k filiallarında, eləcə də "PAŞA Kapital" ofisində mümkündür.
İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyər yaradan bir maliyyə institutu olaraq bu addımı strateji baxımdan vacib hesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz, müştərilərimizlə və tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəri daha geniş auditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı eyni zamanda ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim üçün önəmlidir".