AZ

Vüqar Gülməmmədov: İcmal büdcədə 1 milyard manatdan çox gəlirin iki dəfə tanınması aradan qaldırılıb

BAKI, 13 aprel. TELEQRAF

"İcmal büdcədə 1 milyard manatdan çox gəlirin iki dəfə tanınması aradan qaldırılıb. Büdcə hesabatları üzrə 1 milyard manatdan, maliyyə hesabatları üzrə isə 2 milyard manatdan çox təhrif düzəldilib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, 100 milyon manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb. Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə sənədləşmə təkmilləşmiş, hesabatlılıqda uyğunsuzluqlar aradan qaldırılıb".

Seçilən
14
4
teleqraf.com

8Mənbələr