AZ

İki milyard manatdan çox təhrif düəzəldilib Palata sədri

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İcmal büdcədə 1 milyard manatdan çox gəlirin iki dəfə tanınması aradan qaldırılıb. Büdcə hesabatları üzrə 1 milyard manatdan, maliyyə hesabatları üzrə isə 2 milyard manatdan çox təhrif düəzəldilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"100 milyon manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb. Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə sənədləşmə təkmilləşmiş, hesabatlılıqda uyğunsuzluqlar aradan qaldırılıb", - deyə Palata sədri vurğulayıb.

Anar Kəlbiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
5
unikal.az

8Mənbələr