AZ

Türkiyənin geyim brendləri Rusiyadan çıxır

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin məşhur geyim brendləri – “Oxxo”, “Club”, “NetWork” və “Mudo” Rusiya bazarını tərk edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən brendlərin Rusiyadakı idarəetmə şirkəti olan “Marka Rus” artıq ötən il 10 mağazasını bağlayıb. Hazırda fəaliyyət göstərən 20 mağazanın da mərhələli şəkildə bağlanması planlaşdırılır və bütün satış nöqtələri 2026-cı ilin sonuna qədər fəaliyyətini dayandıracaq.

Ekspertlər bildirirlər ki, türk brendlərinin bazardan çıxması Rusiya geyim sektorunda ümumi daralma fonunda baş verir. Son illərdə artan xərclər və istehlakçı davranışındakı dəyişikliklər bazara mənfi təsir göstərib.

“Forbes” nəşrinin məlumatına əsasən, 2026-cı ilin əvvəlində Rusiyada pərakəndə satış məntəqələrinin sayı 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə olaraq illik müqayisədə azalıb. Bu isə ölkədə retail sektorunun çətin dövr keçirdiyini göstərir.

Mütəxəssislər hesab edir ki, beynəlxalq brendlərin çıxışı və daxili iqtisadi təzyiqlər fonunda Rusiya geyim bazarında yaxın dövrdə daha ciddi dəyişikliklər müşahidə oluna bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
20
yeniavaz.com

10Mənbələr